
“Qarabağ”la “Sabah”dan məhsuldar heç-heçə
Fevralın 27-də Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib.
Komanda.az xəbər verir ki, tur Yevlaxda start götürüb. “Kəpəz” meydan sahibi qismində “Sumqayıt”ı qəbul edib. Gəncə təmsilçisi bu matçda böyükhesablı qələbəyə sevinib.
Günün ikinci oyununda “Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gəlib. Qonaqlar tək qolla üç xal qazanıblar.
Dünən daha iki oyun olub. Hər iki qarşılaşma paytaxtdan kənarda baş tutub. Əvvəlcə Şamaxıda eyniadlı komanda “Neftçi”ni qəbul edib. Dörd qolluq görüşdə qalib müəyyənləşib. Oyuna əlavə edilən dəqiqələrdə baş hakim “Neftçi”nin qapısına şübhəli penalti təyin edib. Bununla da, “Şamaxı” məğlubiyyətdən xilas olub.
Autsayder “Karvan-Yevlax” isə bu tur səfərdə “Qəbələ” ilə qarşılaşıb. Qəbələdəki görüşdə də tərəflər meydanı 1 xalla tərk ediblər.
Turun qalan oyunları bu gün keçirilib. Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən “Turan Tovuz” “İmişli” ilə görüşüb. Qarşılaşma qolsuz yekunlaşıb.
“Mövsümün oyunu” kimi dəyərləndirilən “Qarabağ” – “Sabah” matçı isə turun son qarşılaşması olub. Bu oyun çempionluq yarışı baxımından əhəmiyyətli idi. Altı qolluq görüşdə qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası, 22-ci tur
27 fevral
Kəpəz – Sumqayıt 3:0
Qol: Ohori, 2. Paçu, 1; 40-pen.
Qırmızı vərəqə: Ninkoviç, 62 (“Sumqayıt”)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Yevlax şəhər stadionu, 14:30
Kəpəz: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov
Baş məşqçi: Azər Bağırov
Sumqayıt: 1. Mehdi Cənnətov 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 8. Səbuhi Abdullazadə (k) 75. Nadir Orucov 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 3. Höccət Haqverdi 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 37. Nihad Orucəli 97. Vüsal Paşayev 95. Nsana Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç
Araz-Naxçıvan – Zirə 0:1
Qol: Ayron Qomis, 67.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
“Liv Bona Dea Arena”, 18:00
Araz-Naxçıvan: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 16. Ramon Maçado 6. Patrik Andrade 7. Hamidu Keyta 10. Felipe Santos 19. Bar Kohen
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli
Baş məşqçi: Andrey Demçenko
Zirə: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 26. Stefan Aka 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 5. Ange Mutsinzi 17. Ayron Qomis 22. Eren Aydın
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 28. Leroy Mikels 20. İssa Cibrila 11. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
28 fevral
Şamaxı – Neftçi 2:2
Qol: Sezar Enrike, 74. Karim Rossi, 90+8-pen – Abubakar, 60; 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu, 14:30
Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 77. Nihat Mehralıyev 90. Davud Mənsumov 10. Andrey Tirkoveanu 3. Vladislav Veremeyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Yuri Vernidub
Qəbələ – Karvan-Yevlax 1:1
Qollar: Seydina Keyta, 36-pen – İmani Barker, 26.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:00
Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
Karvan-Yevlax: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
1 mart
Turan Tovuz – İmişli 0:0
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Alik Yunusov
VAR: Əli Əliyev
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Azersun Arena”, 16:30
Turan Tovuz: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 99. Vadji İbrahima 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 90. Joarlem Santos 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev
İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
Baş məşqçi: Jorj Kaşkilya
Qarabağ – Sabah 3:3
Qollar: Pedro Bikalyo, 73. Kevin Medina, 78. Musa Qurbanlı, 84 – Xəyal Əliyev, 13. Aaron Maluda, 54. Coy Lens Mikels, 60.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00
Qarabağ: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Coni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 15. Leandro Andrade, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 20. Coy Lens Mikels, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.

Bizi Facebook-da izləyin



