“Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik”

21 yaşadək futbolçulardan ibarət Xorvatiya milli komandasının futbolçusu Yosip Şutalo Avropa çempionatında Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, müdafiəçi, 2:0 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Matçın favoriti olduğumuzu bilirdik. Amma biz bunu meydandakı oyunumuzla göstərməliydik.

​Oyuna yaxşı motivasiya ilə çıxdıq və Azərbaycandan daha yaxşı olduğumuzu göstərdik. Nəticə də məntiqli alındı. Hamımız yaxşı oynadıq, top saxladıq, dominantlıq edirdik. İndi bir az dincəlib, növbəti matça hazırlaşacağıq. Tez bir zamanda hazırlaşıb, bütün gücümüzü ortaya qoyacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button