20 turda 26 futbolçu

“Qəbələ” Azərbaycan Premyer Liqasının arxada qalan 20 turunda 26 futbolçunun xidmətindən yararlanıb.

Komanda.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, Amin Seydiyevlə Qismət Alıyev koronavirus pandemiyası üzündən dayandırılan çempionatda “qırmızı-qara” forma ilə hamıdan çox – hərəyə 19 oyun keçirib.

Amin bu görüşlərdə əvəzolunmadan meydanda olub. Legionerlər arasında Merab Giqauri, Fernan Lopes və Klesio Bauk daha çox – 18 matçda şans qazanıb. Daha iki oyunçu Ülvi İsgəndərovla Rövlan Muradov da eyni sayda qarşılaşmanın iştirakçısı olub.

Komandanın qollarına 9 oyunçu imza atıb. Baş tutan 20 görüşdəki ən məhsuldar oyunçusu qış fasiləsində “Qəbələ”dən ayrılan Davit Volkovdu. Onun hesabında 5 top var. Qışda heyətə qatılan Nikolas Raysel isə 4 matçda 4 qol vurmaqla yüksək məhsuldarlığı ilə seçilib. Rövlan Muradovun da aktivində eyni sayda qol var. Fernan Lopeslə Ülvi İsgəndərov 3, İvitsa Juniç 2 dəfə fərqlənib. Amin Seydiyev, Qismət Alıyev və Roman Hüseynovun 1 qolu var. Daha bir qol isə rəqib avtoqolu sayəsində gerçəkləşib. Bu topun müəllifi Donald Geryedi (“Neftçi”).

futbolçu oyun dəqiqə qol sarı qırmızı
Amin Seydiyev 19 1710 1 4 0
Qismət Alıyev 19 1661 1 3 1
Merab Giqauri 18 1589 0 7 0
Klesio Bauk 18 1486 0 2 0
Fernan Lopes 18 1478 3 7 1
Rövlan Muradov 18 983 4 3 0
Ülvi İsgəndərov 18 780 3 3 0
İvitsa Juniç 17 1505 2 3 0
Anar Nəzirov 15 1313 -21 4 1
Davit Volkov 14 1182 5 1 0
Yusif Nəbiyev 14 1068 0 0 0
Asif Məmmədov 13 963 0 3 1
Roman Hüseynov 13 797 1 3 0
Sadiq Quliyev 9 529 0 3 0
Murad Musayev 8 542 0 1 0
Tərlan Əhmədli 7 485 -14 1 0
Rasim Ramaldanov 5 400 0 1 0
Ehtiram Şahverdiyev 5 183 0 0 0
Nikolas Raysel 4 271 4 2 0
Abdelrafik Jerar 4 206 0 1 0
Faiq Hacıyev 4 145 0 2 0
Kristian Kouakou 4 118 0 0 0
İbrahima Niasse 3 193 0 1 0
İdris İnqilablı 3 123 0 1 0
Rodriqo Qattas 2 33 0 0 0
Yaovi Akakpo 1 7 0 0 0
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button