“Bu, “Bavariya” tarixindəki ən yaxşı mövsümdür” – Flik

Futbol üzrə klublararası dünya çempionatının final matçında “Tiqres”ə (Meksika) 1:0 hesabı ilə qalib gələrək çempion olan “Bavariya”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, çempion olduqları oyunla bağlı bunları deyib:

“Komandamız tarixi uğura imza atdı. Bu, “Bavariya” tarixindəki ən yaxşı mövsümdür. “Bavariya” inanılmaz performans göstərdi. Finalda qələbəyə layiq idik. Komandanın zehniyyəti, oyuna yanaşması mükəmməl idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button