“Qarabağ”ın rəqibində ciddi itki

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Ərdoğan Yeşilyurt sıradan çıxıb. O, Super Liqanın 5-ci turu çərçivəsində keçirilən “Kayserispor”la oyunda (3:1) topuğundan zədələnib. Onun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

“Qarabağ” “Sivaspor”a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək. Ağdam təmsilçisi qrupda “Sivasspor”la yanaşı, İspaniyanın “Vilyarreal” və İsrailin “Makkabi” klubları ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button