1-ci Liqa təmsilçisi əcnəbi hücumçu ilə gücləndi

Azərbaycanın 1-ci Liqa təmsilçisi “Difai” heyətini əcnəbi hücumçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, komanda 22 yaşlı Ondo Uorren-Llyod ilə anlaşıb.

Qabonlu forvard karyerası ərzində Azərbaycanın digər təmsilçisi “Zaqatala” ilə yanaşı, Moldovanın “Dinamo-Avto”, və Fransanın “İstr” klublarında da çıxış edib.

“Difai” hazırda turnir cədvəlində 9 xalla 9-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button