1-ci Liqa matçında Əsasnamə pozuldu, “Karvan” cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

MOİK – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyununun 80-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 22 nömrəli futbolçusu Mikel Badejo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Karvan” – “Şamaxı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Zaqatala” klubunun 15 nömrəli futbolçusu İbrahim Qədirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 50 manat cərimə edilib.

“Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button