Avropa Liqası: 1/4 finala yüksələn ilk komanda bilindi

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

Komanda.az xəbər verir ki, evdə Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edən Portuqaliya təmsilçisi “Braqa” 4:0 hesablı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

Xatırladaq ki, ilk matçda “Ferentsvaroş” rəqibini (2:0) üstələmişdi.

1/8 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button