Əsgərovsuz “Liepaya” evdə uduzdu

Futbol üzrə Latviya çempionatında 33-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuzun adı bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

“Liepaya” hazırda 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button