Əsgərovlu “Liepaya” yenə uduzdu

Futbol üzrə Latviya çempionatında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Vüqarın sabiq komandası “Dauqavpils”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüqar da bu matçın iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.

“Liepaya” hazırda 35 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button