Ərəblərdən təklif alan Brozoviçlə bağlı açıqlama

“İnter”in baş direktoru Cüzeppe Marotta yarımmüdafiəçi Marselo Brozoviçin Səudiyyə Ərəbistanı klublarından birinə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, klub rəsmisi Səudiyyə Ərəbistanından təklif aldıqlarını gizlətməyib:

“Səudiyyə Ərəbistanı futbolu məsələsi qəfildən partladı. Onlar Avropa bazarını dəyişdirməklə hədələyirlər. Onların klublarından təkliflər gözləməliyik.

Brozoviç? Təklif realdır. Lakin belə hallarda qərar həmişə klub tərəfindən deyil, oyunçu tərəfindən verilir”.

Daha əvvəl Brozoviçin portuqaliyalı hücumçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubunun təklifini qəbul etdiyi bildirilirdi.

Bildirilir ki, “İnter” Brozoviç üçün 23 milyon avro, futbolçunun özü isə bonuslar daxil olmaqla üç illik müqaviləyə əsasən 100 milyon avro alacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button