Ən zəif futbolçu – Mahir Emreli

Mahir Emreli “Konyaspor”da 2022/2023 mövsümünün ən zəif futbolçusu seçilib.

Komanda.az “SofaScore” portalına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun çıxışı 6,46 reytinq xalı ilə qiymətləndirilib ki, bu da Türkiyə təmsilçisində ən aşağı göstəricidir.

Reytinqə braziliyalı sol cinah müdafiəçisi Gilyerme başçılıq edib. 33 yaşlı oyunçu 7,24 xalla “Konyaspor”da mövsümün ən yaxşısı seçilib.

Mahir Emreli icarə əsasında formasını geyindiyi “Konyaspor”un heyətində 12 oyunda 2 qol vurub. 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button