Əlcəzair millisinin üzvü rəsmən “Milan”da

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” “Empoli”dən İsmael Bennaseri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Bennaser Əlcəzair millisinin də üzvüdür. Yarımmüdafiəçi son Afrika Millətlər kubokunun ən yaxşı oyunçusu seçilib. 21 yaşlı yarımmüdafiəçi iştirak etdiyi 7 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Afrika Millətlər kubokunun final matçında Seneqalı 1:0 hesabıyla məğlub edən Əlcəzair millisi turnirin qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button