“Əsas taktikamız müdafiə olunmaq idi” – Mixal Bilek

Çexiyanın “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, Bakıda baş tutan və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

  • Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi.
  • Heç-heçə ilə bağlı nə deyə bilərsiz?
  • Biz bu nəticədən razıyıq. Bilirik ki, ölkəmizdə bizi daha ağır oyun gözləyir. “Qarabağ” çox güclü komandadır. Lakin qəbul edirik ki, burada şanslarımız daha çox idi.
  • Oyunçularınız bu gün çox aqressiv idi. Bu haqda nə deyə bilərsiz?
  • Düşünmürəm ki, aqressiv oyun göstərdik. Sadəcə, tələsirdik. Heç bir aqressiya göstərmədən oynadıq.
  • Qapıçının oyununu necə qiymətləndirirsiz?
  • Düşünürəm ki, qapıçı kifayət qədər yaxşı oynadı. Çexiyanın yaxşı qapıçılarından biridir. Ev oyunundada yaxşı nəticə göstərəcəyini bilirəm.
  • Çexiyada komandanıza hansı amil kömək olacaq?
  • Əsas amillərdən biri qapının qorunması olacaq.

Mehri Qurban