Ən böyük arzum Avropa çempionu olmaqdı – Səbinə Əzimova

Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilir.

Komanda.az xəbər verir ki, yarışda körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar qalibləri Sinkleyr cədvəlinə əsasən müəyyən ediblər.

Qızıl medala toplam 154 kq (67+87) nəticə və 231.6 xalla Səbinə Əzimova layiq görülüb. Ölkə çempionatının qızıl mükafatçısı yarış barədə fikirlərini AAAF TV ilə bölüşüb. Ağır atletimizin bu il üçün ən böyük arzusu gənclər arasında keçiriləcək Avropa çempionatında ilk pillənin sahib olmaqdı:

“Yarışda ilk pillənin sahibi oldum, ikinci və üçüncü yerin sahibi olan rəqiblərimə qarşıdakı yarışlarda bol uğurlar arzu edirəm, öz məşqçilərimə isə təşəkkürümü bildirirəm. Qarşıda gənclər arasında Avropa çempionatı var və ən böyük arzum da həmin çempionatda qızıl medalı qazanmağımdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button