Zubir Avroliqada həftənin ən yaxşısı seçildi

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Avropa Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi “Milan”dan Ruben Loftus-Çik, “Qalatasaray”dan Mauro İkardi və “Benfika”dan Anhel Di Mariyanı qabaqlayıb.

Zubir ötən gecə Portuqaliya “Braqa”sına qarşı səfər matçında (4:2) 2 qol vurub və 1 qolun ötürməsini edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button