“Zirə” Ukrayna komandasına uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” ikinci yoxlama oyununda uduzub.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda bu gün Ukrayna təmsilçisi “Aleksandriya” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:2. “Zirə”nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski, 54-cü dəqiqədə isə Ceyhun Nuriyev vurublar.

“Qartallar” bu gün, saat 18:00-da Çexiyanın “Bohemians 1905” komandası ilə də oynayacaq.

“Zirə” ilk yoxlama oyununda Rumıniyanın “Çiksereda” komandası ilə bərabərə qalıb – 3:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button