“Zirə”nin aparıcı futbolçusu sıradan çıxıb

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində öz meydanında “Turan Tovuz”u qəbul edən “Zirə” itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “Zirə”nin aparıcı müdafiəçisi Məqsəd İsayev matçın əvvəlində zədələnib. İkili mübarizə zamanı xəsarət alan futbolçu Fuad Bayramovla əvəzlənib.

“Zirə” məhz İsayev zədələnib meydanı tərk etdiyi anda azlıqda qalarkən qapısında qol görüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button