“Zirə”nin 75-ci qələbəsi

“Zirə” klub tarixində 75-ci qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu yubiley futbol üzrə Azərbaycan Premyer Liqasının 28-ci turunun “Sabah”la səfər matçına təsadüf edib.

“Əlincə Arena”da üç cavabsız qol vuran “qartallar” bütün turnirlərdə ümumilikdə keçirdiyi 168-ci matçda 75-ci dəfə qalib gəlib.

2014-cü ildə yaranan klub bu müddətdə 42 dəfə öz meydanında, 33 dəfə səfərdə qələbə qazanıb. “Zirə” Premyer Liqada 47, Azərbaycan kubokunda 7, UEFA Avropa Liqasında 2, Birinci divizionda 19 dəfə qalib gəlib.

1-ci qələbə
07.09.2014. Birinci divizion. “Zirə” – MOİK – 1:0

25-ci qələbə
28.11.2015. Premyer Liqa. “Zirə” – “Xəzər Lənkəran” – 1:0

50-ci qələbə
29.06.2017. UEFA Avropa Liqası. “Zirə” – “Differdanj” (Lüksemburq) – 2:0

75-ci qələbə
11.05.2019. Premyer Liqa. “Sabah” – “Zirə” – 0:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button