“Azərbaycanda oyunların fasiləsində ibadət edirlər”

Başa çatan mövsümün sonunda “Zirə”dən ayrılan Alvaro Ampuero açıqlama verib.

Komanda.az “Libero.pe”yə istinadən xəbər verir ki, müdafiəçi, Azərbaycan futbolu və digər məsələlər haqqında danışıb:

“Peruya qayıdıram, amma məqsədim Avropada qalmaq və Avropa Liqasında çıxış etməkdir. Azərbaycan futbolunu Peru futbolu ilə müqayisə etsək, Peruda daha çox texnikaya üstünlük verildiyini deyə bilərəm. Azərbaycanda isə güc və sürət daha böyük əhəmiyyət daşıyır. “Zirə”də sol cinahda oynayırdım, amma eyni zamanda müdafiədə də çıxış etmişəm. Komanda bəzən 3-5-2 sxemi ilə çıxış edirdi və bu, məndə alınırdı. Baş məşqçinin tətbiq etdiyi sxemə hər zaman uyğunlaşırdım.

Azərbaycanda din adət-ənənələri tamamilə fərqlidir. Məsələn, oyunların fasiləsində ibadət edirlər və sən də buna hörmətlə yanaşmalısan. Yeməkləri pis deyil, amma əslində Peru yeməkləri üçün darıxıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button