Zidanın oğlu 2-ci liqa klubunda

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidanın yeni komandası müəyyənləşib.

Komanda.az xəbər verir ki, mövsümün ilk yarısını Portuqaliyanın “Aves” klubunda keçirən fransalı yarımmüdafiəçi, karyerasını İspaniyanın ikinci liqasında mübarizə aparan “Almeriya”da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Transferin detalları haqqında məlumat verilməyib.

2014-2017-ci illərdə “Real”ın əvəzedicilərində oynayan 24 yaşlı futbolçu, 2017-2018-ci il mövsümünü “Alaves”də keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button