
Zidan rəsmən Fransa millisində
Zinəddin Zidan rəsmən Fransa millisinin baş məşqçisi təyin edilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası ilə müddəti 4 il olan müqavilə imzalayıb.
Zidanın məşqçilər heyətində onunla əvvəllər də çalışmış David Bettoni və Hamidu Msaide yer alacaq. Bundan başqa, fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponun, eləcə də, Fransa millisinin sabiq futbolçuları Fabian Bartez və Bernar Diomedin də məşqçilər heyətinə qoşulacağı gözlənilir.
Zidan futbolçu karyerası ərzində Fransa millisinin heyətində 108 oyun keçirib. O, yığma ilə 1998-ci il dünya çempionatının və 2000-ci il Avropa çempionatının qalibi olub.
Məşqçi kimi isə Zidan “Real”da işləyib. O, “kral klubu” ilə ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, ümumilikdə isə daha 8 titul qazanıb.
Fransa millisini 14 il çalışdıran və komandanı 2018-ci ildə dünya çempionu edən Didye Deşam 2026-cı il mundialından sonra vəzifəsindən ayrılıb.
Bizi Facebook-da izləyin



