Zaur Əliyev Kaspiyskdə ikinci oldu

Aprelin 5-7-də Dağıstanın Kaspiysk şəhərində gənc yunan-Roma güləşçiləri arasında Surakat Asyatilovun xatirə turniri keçirilib.

Komanda.az xəbər verir ki, yarışda gənclərdən ibarət Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında mübarizə aparan komandamızın heyətində Zaur Əliyev (55 kq) gümüş medal qazanıb.

Ramin İsrayilov (67 kq) və Sərxan Məmmədov (130 kq) isə 5-ci yerlə kifayətlənib.

Xatırladaq ki, beynəlxalq dərəcəli hakim Cəlal Bahadurov bu yarışda ədaləti qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button