Del Pyeronu şoka salan qərar

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero Lionel Messinin “Barselona”dan ayrılması haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Del Pyero, Messinin klubdan ayrılacağını gözləmədiyini deyib:

“Messinin karyerasını “Barselona”da bitirəcəyini gözləyirdim. Ona görə, bu qərarına şok oldum. O, yeni mövsümə bu klubda başlamalı idi və “Barselona” cəbhəsindən müsbət mesajlar gəlirdi. Hər şey yaxşı gedirmiş kimi görünürdü.

İndi artıq onun həyatında yeni fəsil başlayır. Messini günahlandırmaq istəmirəm. Bəlkə də, onun gedişi “Barselona” üçün faydalı olacaq, ya da tam əksinə. Onun karyerasının sonuna qədər “Barselona”da qalmasını istərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button