Ronaldo menecerinə yeni klub tapmağı tapşırdı!
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yayda klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu artıq qərarını verib və özünə yeni klub axtarır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Ronaldonun meneceri Jorje Mendeşə ona yeni komanda tapmasını tapşırdığı bildirilib.
Ronaldonun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Portuqaliyalı hücumçunun İngiltərənin “Mançester Yunayted” klubuna keçəcəyi iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin