“İstefa verməyəcəm” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 35-ci turunda “Milan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, 0:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım yaxşı nəticəyə ümid edirdi, lakin hər şey fərqli oldu. Oyuna yaxşı başlasaq da, sonra işlərimiz yolunda getmədi. Nəticə ortadadır. Nəsə demək çətindir. Belə bir önəmli oyunda 0:3 hesabı ilə uduzursansa, deməli, nəsə yolunda getmir.

İstefa verməyəcəm. Bəzi çətinliklərə baxmayaraq, bu işi böyük məsuliyyətlə qəbul etmişəm. Qarşıda üç oyun var. Rəhbərlik icazə verdiyi müddətdə işimi görməyə davam edəcəm”.

“Yuventus” A Seriyasında 69 xalla 5-ci sıradadır.