“İşlər istədiyimiz kimi getmir” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo A Seriyasının 33-cü turu çərçivəsində “Fiorentina” ilə qarşılaşdıqları oyundan (1:1) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, xoşbəxt olmadığını deyib:

“Bu işə başlayandan bəri məndən və komandadan gözləntilər başqa idi. İşlər istədiyimiz kimi getmir. Hər oyun nəsə öyrənirik, ancaq gözləntiləri qarşılaya bilmirik. Bunun üçün mən də, komanda da xoşbəxt deyil”.

“Yuventus” A Seriyasında 4-cü sıradadır.