“Yuventus”dan “Arsenal”ın icarə təklifinə “yox” cavabı

İtaliyanın “Yuventus” klubu “Arsenal”ın təklifindən imtina edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən “Arsenal”, “qoca sinyora”ya müdafiəçisi Daniele Ruqanini 2 il müddətinə icarəyə götürmək üçün təklif göndərib. Amma Ruqaninin komandadan ayrılmasını istəməyən “Yuventus”, “topçular”ın bu təklifindən imtina edib. 25 yaşlı futbolçu özü də Mauritsio Sarrinin rəhbərliyi altında çıxış etməkdə maraqlı olduğunu və komandada qalmaq istədiyini bildirib.

“Seltik”in futbolçusu Kiran Tirninin də “Arsenal”ın hədəfində olduğu, amma şotlandiyalıların London təmsilçisinin iki təklifindən imtina etdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button