“Yuventus”a keçidi gözlənilən Firminodan açıqlama

“Liverpul”un hücumçusu Roberto Firmino “Yuventus”a mümkün keçidi haqda danışıb.

Komanda.az “TNT Sports Brasil”-ə istinadən xəbər verir ki, braziliyalı forvard “Liverpul”da qalmaq istədiyini deyib:

“Mən bu komandanı, bu şəhəri və azarkeşləri sevirəm. Burdayam. Əlbəttə, qalmaq istəyirəm”.

Daha əvvəl “Yuventus”un Firminonun mümkün transferi ilə bağlı “Liverpul”la danışıqlara başladığı bildirilirdi. Bildirilir ki, tərəflər transferin məbləğində razılığa gələ bilmirlər. İngiltərə klubu braziliyalı futbolçu üçün ən azı 30 milyon avro tələb edir.

Firmino “Liverpul”a 2015-ci ildə “Hoffenhaym”dan keçib. Onun “Liverpul”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, ötən mövsüm “Liverpul”la bütün turnirlərdə 35 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button