“Yuventus” sabiq futbolçusunu qaytara bilər

“Sassuolo”nun və Bosniya və Herseqovina millisinin müdafiəçisi Tarik Muharemoiviç yayda “Yuventus”a qayıda bilər.

Komanda.az “La Stampa”-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun son oyunlardakı uğurlu çıxışı bir sıra klubların diqqətini çəkib. Ona ən ciddi şəkildə maraq göstərən tərəf isə “Yuventus”dur.

Muharemoiviç bir neçə il Turin klubunda çıxış etsə də, əsas heyətə düşə bilməmiş və ötən il “Sassuolo”ya transfer olunmuşdu. Ancaq “Yuventus” onun gələcək satışından 50 faiz pay hüququnu saxlayıb. Turin klubu hazırda ya bu hüquqdan maliyyə qazancı əldə etmək, ya da müdafiəçini yenidən heyətə qaytarmaq variantını müzakirə edir.

Muharemoviç bu mövsüm 27 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button