“Yuventus” “Atalanta” ilə matça Ronaldosuz çıxacaq

“Yuventus” İtaliya A Seriyasının 31-ci turu çərçivəsində səfərdə “Atalanta” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo sözügedən qarşılaşmada iştirak edə bilməyəcək. Bu barədə “Yuventus”un baş məşqçisi Andrea Pirlo yerli mətbuata açıqlamasında deyib. O, Ronaldonun zədə səbəbiylə “Atalanta” ilə matçı buraxacağını bildirib.

Sabah keçiriləcək “Atalanta” – “Yuventus” matçı saat 17:00-da start götürəcək.