“Yuventus” de Liqtin transferini nə vaxt açıqlayacaq?

İtaliyanın “Yuventus” klubunun Matteys de Liqtlə şifahi razılıq əldə etdiyini və “Ayaks”ın qərarını gözlədiyini xəbər vermişdik.

Komanda.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, artıq tərəflər arasında 19 yaşlı futbolçunun transferi üçün razılıq əldə olunub. “Qoca sinyora” de Liqt üçün “Ayaks”a bonuslardan əlavə 70 milyon avro ödəyəcək. Futbolçunun bu gün və ya sabah Turin klubu üçün tibbi müayinədən keçiriləcəyi, rəsmi müqaviləyə imza atacağı bildirilir.

İmzalanacaq müqaviləyə görə, Turin klubu futbolçunun təzminat məbləğini 150 milyon avro olaraq müəyyənləşdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button