“Yurqorden”in azarkeşləri Musa Qurbanlının çıxışına qiymət veriblər

İsveçin “Yurqorden” klubunun azarkeşləri azərbaycanlı futbolçu Musa Qurbanlının komandadakı çıxışına qiymət veriblər.

Komanda.az “svenskafans.com” saytına istinadən xəbər verir ki, sorğu zamanı həm 21 yaşlı forvard, həm də Stokholm klubunun digər hücumameyilli oyunçuları qiymətləndirilib.

Sorğu 2023-cü il ərzində “Yurqorden”in formasını geyinmiş 15 ön xətt oyunçusu arasında aparılıb. Həmin futbolçuların bəziləri yayda komandanı tərk ediblər. Hazırda “Yurqorden”də çıxış edənlər arasında ən zəif hücumameyilli futbolçu isə məhz Qurbanlı olub. Onun komandadakı çıxışı 1 bala, yəni ən aşağı qiymətə layiq görülüb.

Yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı İsveç klubunun heyətində keçirdiyi 17 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button