Yığmanın kapitanına 2 illik cəza – dopinqdə ilişdi

Futbol üzrə Qazaxıstan yığmasının kapitanı Bauırjan İslamxan iki illik diskvalifikasiyaya məruz qalıb.

Komanda.az xəbər verir ki, o, dopinqdə ilişib.

Bu barədə Asiya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə İslamxanın Asiya Çempionlar Liqasının oyunundan sonra verdiyi topinq testin pozitiv çıxdığı diqqətə çatdırılıb.

“Əl-Əyn” klubunun formasını geyinən 27 yaşlı yarımmüdafiəçinin cəzası 2020-ci ilin 9 noyabrından qüvvəyə minib. İslamxan üç dəfə Qazaxıstanın ən yaxşı futbolçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button