“Yeni gələnlər olduğu üçün istədiyimiz oyunu sərgiləyə bilmirik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 16-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Çətin olacağını bilirdik. “Sabah” da qış fasiləsindən sonra ilk oyununda uduzmuşdu. Fasilədən sonra dəyişikliklər oldu. Yeni gələnlər gec qoşulub deyə, istədiyimiz oyunu sərgiləyə bilmirik. Ancaq bilirəm ki, bu komandanın potensialı var və daha yaxşısını edəcəyik.
  • Erkən qoldan sonra nə baş verdi ki, 2 qol buraxdız?
  • Ani diqqətsizlik oldu. İki standart vəziyyətdən qol buraxdıq. İlk hissədə qol imkanlarımız oldu.
  • Günahı Ülvi İsgəndərovda görürsüz?
  • Komanda tək Ülvidən ibarət deyil. Digər oyunçuların da imkanları var idi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button