
“Real”ın yeni baş məşqçisi akademiyanın yetirmələrinə şans verməyə hazırdır
“Real”ın yeni baş məşqçisi Alvaro Arbeloa zərurət yaranacağı təqdirdə gənc futbolçulara güvənməkdən çəkinməyəcək.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis əsas komandanın bütün oyunçuları ilə işləməkdən məmnun olduğunu bildirsə də, kimlərsə özünü lazımi səviyyədə göstərə bilməsə, onların yerinə akademiyanın yetirmələrinə şans verməyə hazırdır.
Arbeloa “Kastilya”nın futbolçularına tam etibar edir və onlardan bəzilərinin dəfələrlə əsas komanda səviyyəsində çıxış etməyə hazır olduqlarını vurğulayıb.
İspaniyalı çalışdırıcı yanvarın 12-də Madrid klubunun baş məşqçisi vəzifəsinə təyin olunub. O, bu postda klubu tərk edən Xabi Alonsonu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



