“Zirə”dən ayrılan futbolçunun yeni klubu bilindi

Yayda “Zirə”dən ayrılan Alvaro Ampueronun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını “Mannuççi” klubunda davam etdirəcək. Bu barədə Peru təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Ampuero ilə 1 illik müqavilə imzalanıb.

Karyerası ərzində İtaliyada “Padova”, “Parma”, “Salernitana”, Peruda “Universitario”, “Munisipial” kimi klublarda çıxış edən Ampuero, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına kimi “Zirə”də çıxış edib.

Sol cinah müdafiəçisi Peru yığmasında da 9 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button