“Yaxşı mükafatlar yaradırsız, amma ədalətli olmursuz” – Kasilyas

İspaniya millisinin sabiq üzvü İker Kasilyas Lionel Messinin FİFA tərəfindən təqdim edilən “The Best” mükafatına layiq görülməsinin doğru seçim olmadığını düşünür.

Komanda.az xəbər verir ki, veteran qapıçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək FİFA-nı tənqid edib:

“Yaxşı mükafatlar yaradırsız, amma ədalətli olmursuz. Bu daha çox zarafat kimi görünür. Gecəniz xeyrə qalsın”.

“The Best” mükafatına Messidən başqa, Erlinq Haland və Kilian Mbappe də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button