Yamaldan möhtəşəm statistika

“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal möhtəşəm statistik göstərici ilə diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ümumilikdə 524 driblinq cəhdindən 285-ni uğurla yerinə yetirib. Beş aparıcı Avropa çempionatında, bütün turnirlər nəzərə alınmaqla, heç bir futbolçu onun qədər driblinq etməyib.

Yamal 2025/26 mövsümündə bütün turnirlərdə 20 oyunda iştirak edib, 9 qol vurub və 11 məhsuldar ötürmə verib.

İspaniyalı futbolçu 2025-ci ilin iyulunda “Barselona” ilə yeni müqavilə imzalayıb. Müddəti 6 il olan sözləşmə 2031-ci ilin yayına qədərdir və müqavilədəki sərbəstqalma məbləği 1 milyard avro olaraq müəyyən edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button