Yamal bu göstəricidə Messini üstələdi

“Barselona” İspaniya superkubokunun finalında dünən “Real”ı 3:2 hesabı ilə məğlub edib. Kataloniyalıların heyətində 18 yaşlı vinger Lamin Yamal da oyuna çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona” ilə beşinci kubokunu qazanaraq, bu göstəricidə Lionel Messini üstələyib. Argentinalı futbolçu eyni yaş dövründə yalnız iki titul qazana bilmişdi.

Yamal “Barselona”nın yetirməsidir. Onun bazar dəyəri 200 milyon avro qiymətləndirilir və klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button