Xuan Mata İstanbulda!

“Qalatasaray” klubunun transfer danışıqlarına başladığı ispaniyalı futbolçu Xuan Mata İstanbula gəlib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” klubunun rəsmiləri tərəfindən qarşılanan təcrübəli futbolçuya azarkeşlər sarı-qırmızı şərf taxıb.

Futbolçu tibbi müayinədən keçdikdən sonra “cim-bom”la müqaviləyə imza atacaq. Lakin müqavilənin detalları açıqlanmır.

Mata karyerasına 2003-cü ildə 15 yaşında “Real”ın əvəzedici komandasında başlayıb. 2007-ci ildə “Valensiya”ya keçən 34 yaşlı yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib.

Karyerası boyunca 632 rəsmi matça çıxan Xuan Mata 138 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button