Xorvatiya da Avropa çempionatına vəsiqə qazandı

AÇ-2024-ün seçmə mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə B, D və I qruplarında sonuncu turun oyunları keçirilib.

Bu qruplarda Fransa, Niderland, Türkiyə, Rumıniya və İsveçrə final mərhələsinə vəsiqəni öncədən rəsmiləşdirmişdilər. D qrupunda yer alan Xorvatiya isə bu gün Ermənistanı məğlub etməklə final mərhələsində iştirakını rəsmiləşdirib.

AÇ-2024, seçmə mərhələ
10-cu tur

21 noyabr

B qrupu

Cəbəllüttariq – Niderland 0:6
Qollar: Stenqs, 10; 50; 62. Viffer, 23. Koopmeyners, 38. Qakpo, 81.

Yunanıstan – Fransa 2:2
Qollar: Bakasetas, 56. İoannidis, 61 – Muani, 42. Fofana, 74.

Xal: Fransa – 22. Niderland – 18. Yunanıstan – 13. İrlandiya – 6. Cəbəllüttariq – 0.

D qrupu

Uels – Türkiyə 1:1
Qollar: N.Uilyams, 7 – Y.Yazıçı, 70-pen.

Xorvatiya – Ermənistan 1:0
Qollar: Budimir, 43.

Xal: Türkiyə – 17. Xorvatiya – 16. Uels – 12. Ermənistan – 8. Latviya – 3.

İ qrupu

Andorra – İsrail 0:2
Qollar: Çervos, 29-öz qapısına. Kinda, 81.

Kosovo – Belarus 0:1
Qol: Antilevski, 43.

Rumıniya – İsveçrə 1:0
Qol: Alibek, 50.

Xal: Rumıniya – 22. İsveçrə – 17. İsrail – 15. Belarus – 12. Kosovo – 11. Andorra – 2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button