Xarici KİV: De Liqt Bundesliqa klubu ilə müqavilə bağlayıb

“Yuventus”un müdafiəçisi Matteys de Liqt “Bayern”ə keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 22 yaşlı futbolçunun keçidi üçün bütün şərtləri razılaşdırıblar. Niderlandlı müdafiəçinin özü artıq yeni klubu ilə müqavilə imzalayıb.

Xəbərdə bildirilir ki, bu gün de Liqt “Bayern”də tibbi müayinədən keçəcək. Futbolçu mövsümöncəsi təlim-məşq toplanışında olan yeni komandasına qoşulmaq üçün ABŞ-a gedəcək.

De Liqt 2019-cu ildə “Ayaks”dan “Yuventus”a keçib. O, turinlilərin heyətində 117 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button