
“Xankəndi” “Qarabağ”ın sabiq futbolçusu ilə müqavilə bağlayıb
Azərbaycanın 2-ci Liqa klubu “Xankəndi” heyətini “Qarabağ”ın sabiq futbolçusu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Qurban Məhərrəmovu transfer edib.
Qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Daha əvvəl “Qarabağ”ın əvəzedicilərində çıxış etmiş qapıçının son klubu “Sheki City” olub. “Xankəndi” hazırda turnir cədvəlində 39 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



