Lopeteqi Premyer Liqa klubu ilə anlaşıb

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, İngiltərə klubu Xulen Lopeteqi ilə hərtərəfli anlaşma əldə edib.

Razılığa əsasən, ötən ay “Sevilya”dan istefaya göndərilən ispaniyalı çalışdırıcı Premyer Liqa təmsilçisinin “sükanı arxasına” bir müddət sonra keçəcək. O, 16-cı tur çərçivəsində, noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, DÇ-2022 üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.

“Vulverhempton” hazırda Premyer Liqada 10 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button