“Volfsburq”da yeni baş məşqçi

“Volfsburq”un yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Niko Kovaç təyin edilib. 50 yaşlı xorvatiyalı ilə 2024-2025 mövsümünün sonuna kimi müqavilə imzalanıb. O, istefaya göndərilən Florian Koxfeldti əvəzləyib.

2021/22 mövsümünün sonunda “Volfsburq ” 42 xal toplayaraq Bundesliqanı 12-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button