“Çempionlar Liqasını qazanmaq arzusundayıq” – Xavi

“Barselona”nın baş məşqçisi Xavi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Viktoriya”ya (Plzen) qarşı keçirəcəkləri oyundan öncə komandanın əhval-ruhiyyəsindən danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Xavi, Çempionlar Liqasını qazanmaq istədiklərini deyib:

“Biz döyüşməyə hazırıq. Çempionlar Liqasını qazanmaq arzusundayıq. Hər şey fərqli olsaydı, mən burada olmazdım, evdə qalardım. Bu matçda favoritik, amma bu, bizim üçün təhlükəli olacaq. “Viktoriya” fiziki cəhətdən güclü komandadır, oyunçuları çox hərəkət edir, əks-hücumları yaxşı edirlər və müdafiəni yaxşı qururlar. Biz son illərin ən çətin qruplarından birindəyik və turnirə yaxşı başlamaq istəyirik”.

“Barselona” – “Viktoriya” matçı bu gün “Kamp Nou”da keçiriləcək. Kataloniyalılar C qrupunda yer alıb və burada “Viktoriya”dan başqa, “Bayern”lə “İnter” də var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button