
Vernidubun Berdıyevlə görüşməsi vətənində xoş qarşılanmadı
“Neftçi” Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
Komanda.az “Football.ua”-ya istinadən xəbər verir ki, “Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidubun matçdan sonra Rusiyadan olan rəqib həmkarı Kurban Berdıyevlə görüşməsi ölkəsində xoş qarşılanmayıb.
Komandası 0:1 hesabı ilə məğlub olduğu görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi rəqib komandanı çalışdıran Kurban Berdıyevlə əl sıxıb. Həmin an oyundan sonrakı hadisələri əks etdirən videoya düşüb.
Berdıyev türkmənəsilli rusiyalı məşqçidir. O, daha əvvəl müvəqqəti işğal olunmuş Mariupol şəhərinə səfəri ilə əks-səda doğurmuşdu. Həmin səfər zamanı Berdıyev rus hərbçilərlə görüşmüşdü.
Vernidub Rusiyanın Ukraynaya işğalçı hücumu başlayanda Ukrayna silahlı qüvvələrinin sıralarına qoşulmuşdu.
Bizi Facebook-da izləyin



