Timo Verner Premyer Liqa klubu ilə anlaşdı

“Leyptsiq”in futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az “Telegraph”a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Çelsi”nin təklifini qəbul edib. London klubunun Vernerlə ildə 10 milyon avro qazanması şərti ilə 5 illik müqavilə əsasında anlaşdığı bildirilir.

Məlumata görə, “zadəganlar” bu transfer üçün Almaniya klubuna 53 milyon funt-sterlinq ödəyəcək.

Bir çox klubun maraq dairəsində olan alman futbolçu üçün əsas namizədlərdən biri “Liverpul” idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button