“Verməli olduğumuz qərarlar hər zaman çətin olur” – Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AÇ-2024-ün seçmə mərhələsinin üçüncü turunun Malta ilə oyunundan öncə danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, qarşılaşmanı səbirsizliklə gözlədiklərini dilə gətirib:

“Hər şeyi hissələrə ayırdıqdan sonra işlərin necə irəlilədiyini görmək mümkündür. Oyunçularımın hamısının durumu yaxşıdır. Düşərgəyə gec qoşulan və emosional partlayış yaşayan futbolçularla bağlı düşüncələrimiz tamamilə fərqlidir.

Verməli olduğumuz qərarlar hər zaman çətin olur. Həqiqətən, komandam çox yaxşı məşq keçirib, diqqətlərini bu matça yönləndiriblər. Oyunu səbirsizliklə gözləyirik”.

AÇ-2024-ün üçüncü turunun Malta – İngiltərə matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button